Vəfa Şərifova Afət Fərmanqızı ilə arasında olan gərginlikdən danışıb.
“Yeni Sabah” xəbər verir ki, davası olduğu bütün qadın sənətçilərin onun uşaqlarının atası ilə bağlı olduğunu bildirib.
“Aramızdakı məsələ təkcə mahnıya görə deyil. Ondan öncə də bir mövzumuz olub. Mənlə bağlı deyil əslində. Ümumiyyətlə, qadın sənətçilərin neçəsi ilə davam var, çoxunun uşaqlarımın atası ilə söz-söhbəti olub. Sonra mənə keçiblər. Həmin xanımla da həmçinin. Bunlar, bir növ, bəhanədir”. pizza mizza
Qeyd edək ki, Müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında uzun müddətdir qalmaqal yaşanır. Vəfanın Şəbnəm Tovuzlu ilə söz davası da yenidən alovlanıb.
Aydan Hacı
Telegram kanalımız