”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin imzaladığı fərman ümumi hüquq sisteminin inkişafı üçün də tarixi əhəmiyyət kəsb edir. Dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, şəffaflığı, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrdə icraatların effektivliyinin yüksəldilməsi, süründürməçiliyin qarşısının alınması adına inqilabi fərmandır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü,vəkil Vüqar Səfərli deyib. Onun sözlərinə görə, prezidentin fərmanı ölkədə vəkilliyin inkişafı üçün misilsiz əhəmiyyətə malikdir:
“Fərmana əsasən dövlət hesabına hüquqi yardım sahəsində Vəkillər Kollegiyasına göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımızı bildiririk. Dövlət hesabına təyinatla işlərə çıxan vəkillərin indiyədək rast gəldikləri süründürməçilik və digər bürokratik əngəllər, həmçinin korrupsiya hallarına nəhayət ki, qısa zaman ərzində son qoyulacaq: pizza mizza
13. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 13.1. dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Hüquqşünasın sözlərinə görə, hakimlərin artırılmasına ehtiyac var idi:
“Hakimlərin artırılmasına ehtiyac var idi. Ona görə ki, məhkəmələrdə iş yükü həddindən artıq çoxdur. Dolayısıyla bir hakimin icraatında olan işlər normadan artıq olur. Bu da prosseslərin yekunlaşmasının gecikməsinə gətirib çıxarır. Fərmanda əksini tapan məsələlər çox obyektivdir. Bu istiqamətdə bütün məsələləri ehtiva etdiyini düşünürəm”.
Əsmər Qabil
Telegram kanalımız