Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamını törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.
Yenisabah.az-ın məlumatına görə, bu, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub.
Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir. Sezar pizza
Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.
Telegram kanalımız