Vəkili döyən polislərə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Vəkili döyən polislərə cinayət işi açıldı

Kriminal

09 İyun 2019 12:43 1815


Azərbaycanda vəkil Orxan Kəngərlini döyən polislərə cinayət işi açılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda vəkil Adəm Məmmədov məlumat yayıb.

O, bildirib ki, 4-cü polis bölməsinin əməkdaşları cəzalandırıldıqdan sonra, bölmə rəisinin müavini və digər polis işçiləri barədə Bakı şəhər prokurorluğu tərəfindən AR CM-nin 4 maddəsi üzrə fakta görə cinayət işi başlanılıb. pizza sifarişi

Xatlrladaq ki, Orxan Kəngərli polislər tərəfindən döyüldüyünü ictimailəşdirdikdən sonra DİN-nin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə hadisəni təkzib edərək polisləri müdafiə etmişdi. Lakin sonradan nazir Ramil Usubovun əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb edilmişdilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!