Vəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Vəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı

Kriminal

29 İyun 2025 19:13 454


Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz qalıb. Onun sözlərinə görə, Gənciyevə elektrik şok cihazları və digər ağır əşyalarla işgəncələr verilib. Aldığı xəsarətlər nəticəsində bir müddət xəstəxanaya yerləşdirilib.

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb.

Vəkil qeyd edib ki, müdafiə tərəfi onun saxlanıldığını hələ cümə günü öyrənmişdi, lakin iki sutka ərzində Gənciyevin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Polis şöbələri və istintaq təcridxanalarında onun bu müəssisələrdə olmadığı deyilib. Yalnız dünən axşam Gənciyevin istintaq təcridxanasında saxlanıldığı bəlli olub. Marqarita pizza

Vəkil həmçinin müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, Əhliman Gənciyev çətinliklə hərəkət edir və məhkəmə iclası zamanı ağrılar səbəbi ilə otura bilməyib. "Onun həyatı və sağlamlığı üçün narahatam. İstintaq təcridxanasında onunla mümkün qədər çox vaxt keçirməyə çalışacağam ki, mənim yanımda ona qarşı heç bir zorakı hərəkət edilməsin", - deyə vəkil bildirib.

Qeyd edək ki, məhkəmə Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!