Vəkilliyə qəbul imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Vəkilliyə qəbul imtahanı keçiriləcək

Sosial

22 Aprel 2026 09:46 186


Mayın 5-də Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi keçiriləcək.

Bu barədə “Yeni Sabah”a kollegiyadan məlumat verilib.

İmtahan saat 10:00-da başlayacaq.  

İmtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 27.04.2026-cı il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.

Qeyd edək ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlər imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etməlidirlər.

Eyni zamanda namizədlər müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmalıdırlar.

Hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 27.04.2026-cı il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!