Vəli Əkbər vəzifəsindən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Vəli Əkbər vəzifəsindən ayrıldı

Sosial

27 Yanvar 2026 01:20 863


"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən azad edib.

"Yeni Sabah" Konkret.az-a istinadən xəbər verir ki, onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.

Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir. pizza mizza

Məlumata görə, o, Televiziya Akademiyasına prorektor təyin edilib. Vəli Əkbər bildirib ki, o səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!