ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistan və Azərbaycan səfəri ilə bağlı videoçarx paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, videoda Vens hər iki ölkəyə səfəri zamanı regiondakı vəziyyət, tərəflər arasında dialoq və sülh təşəbbüsləri ilə bağlı apardığı danışıqlar prosesindən, eləcə də keçirdiyi görüşlərdən görüntülər əksini tapıb.
“Bu, ABŞ prezidentinin xarici siyasətimizi yönləndirdiyi istiqamətdir. Prezident Tramp və eləcə də mən bu tərəfdaşlığa sadiqik”, - Birləşmiş Ştatlar vitse-prezidentinin paylaşımında vurğulanıb. pizza hut
Qeyd edək ki, Cey Di Vens fevralın 9-11-də Ermənistan və Azərbaycana səfər edib. Səfər çərçivəsində o həm Ermənistanda, həm də Azərbaycanda yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirib. Danışıqlar zamanı vitse-prezident regiondakı vəziyyət, tərəflər arasında dialoq və əməkdaşlığın gücləndirilməsi, həmçinin uzunmüddətli sülhün təmin olunması mövzusunda fikir mübadiləsi aparıb. O, həmçinin iki ölkənin liderlərinə ABŞ-ın tərəflər arasında konstruktiv danışıqlara və regional sabitliyə dəstəyini təsdiqləyib.
Səfər zamanı ABŞ vitse-prezidenti Vens Azərbaycan və Ermənistan rəhbərləri ilə regionda dialoq və əməkdaşlığı gücləndirməyi hədəfləyən xartiyanı imzalayıblar.
Telegram kanalımız