“Azərbaycanda Rusiyanın hərbi baxımdan mövcudluğuna dair hər hansı fakt yoxdur. Sərhədləri öz sərhədçilərimiz qoruyur. Amma Ermənistanda fərqli vəziyyətdir. Onların iqtisadiyyatından tutmuş sərhədçilərinə qədər hamısı Rusiya ilə bağlıdır”.
Bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Rusiya onsuz da istənilən mövzu ilə bağlı İrəvannın daxili işlərinə müdaxilə edə bilir: Pepperoni pizza
“Azərbaycan bu prosesləri tam suveren siyasətlə davam etdirir. Bakının Moskva ilə münasibətləri öz maraqlarına uyğun formada qura bilib. Amma İrəvan birmənalı şəkildə Kremldən asılı vəziyyətdədir. Ermənilər bunu açıq şəkildə etiraf etməlidir. Rusiya istənilən mövzu ilə bağlı Ermənistanın daxili işlərinə müdaxilə edə bilir. Hətta TRIPP layihəsi ilə əlaqədar Moskvadan İrəvana tez-tez iradlar tutulur.
ABŞ Prezidentinin təşəbbüsçüsü olduğu layihədə ziddiyətli məqamlar çoxdur. Layihənin nəzərdə tutulduğu ərazilərin sərhəd mühafizəsi 1992-ci ildən Rusiyanın ixtiyarına verilib. Hazırda orada rus sərhədçiləri var. Yəni Ermənistanın İranla sərhədini qoruyan faktiki olaraq, ermənilər yox, ruslardır. Ermənilər həmin əraziyə daxil olmaq üçün Rusiya sərhədçilərindən icazə almalıdırlar”.
Politoloq vurğulayıb ki, Vaşinqton Ermənistandan konkret addımlar gözləyir:
“Ermənistan suverenlikdən danışır, amma suverenliyi çoxdan əldən gedib. Üstəlik İrəvan 2007-ci ildə ölkənin dəmiryolu şəbəkəsini Rusiyanın dəmiryolu şirkətinə həvalə edib. Ermənistan faktiki həmin regionunda heç bir hüquqa malik deyil. Onlar ABŞ şirkəti ilə müqavilə bağlayıb və olmayan hüquqları indi də amerikalılara təhvil verib.
Vensin səfərində əsas hədəf Ermənistan idi. İrəvan rusların həmin regiondan çıxarılması üçün real addımlar atmalıdır. Bu işi ermənilər özləri həll etməlidir. Ermənistanın cənub sərhədində söz sahibi kimdir? ABŞ şirkəti müqaviləni faktiki kiminlə bağlamalıdır? Bu sualların cavabı yoxdur”.
T.Zülfüqarov əlavə edib ki, Ermənistan istənilən güc mərkəzi ilə isti münasibətlər qurmağa çalışır:
“Vensin İrəvana səfəri zamanı Paşinyana dəstək mesajı məhz bununla bağlıdır. Vaşinqton istəyir ki, İrəvan sərhəd məsələsini həll etsin. ABŞ-nin strateji tərəfdaşı olan Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Guya Avropa İttifaqına üzv olmaq istəyən İrəvan həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) gömrük sisteminə bağlıdır.
Bir sözlə, ziddiyyətlər çoxdur. Ermənistan isə faktiki olaraq, heç bir qüvvəyə “yox” deyə bilmir”.
Nazim Hacıyev
Telegram kanalımız