Vergi və sosial güzəştlər ediləcək   - ŞAD XƏBƏR + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vergi və sosial güzəştlər ediləcək - ŞAD XƏBƏR + VİDEO

İqtisadiyyat

22 Aprel 2020 20:53 2099


Pandemiyanın ziyan vurduğu bütün sahələrə dövlət tərəfindən dəstək verilməklə yanaşı, sahibkarlara vergi və sosial yığım sahəsində də böyük güzəştlər ediləcək.

Yenisabah.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi Milli Məclisə təqdim edilib.

Təkliflərdə pandemiyadan ziyan çəkən tur agentliklər, ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahələr və bu kimi bir sıra digər sahələrin əmlak və torpaq vergisindən azad edilməsi nəzərədə tutulur. Dördpendirli pizza

Təkliflərdə mikrosahibkarlar üçün xüsusi güzəştlərin edilməsi nəzərdə tutulub. Bundan əlavə, bütün sahibkarlıq subeyktlərinin epidemiyanın qarşısını almaq üçün çəkdiyi xərclərdə onlara güzəşt ediləcək.

Eyni zamanda, pandemiyanın mənfi təsirlərinə məruz qalan sahələr üzrə sosial sığortarın alınmasında da böyük güzəştlərin edilməsi nəzərdə tutulub.

Əgər, hazırda Bakı şəhərində ticarət fəaliyyəti məşğul olan şəxslər 125 manat sosial sığorta haqqı ödəyirdilərsə dəyişiklikdən sonra 62.50 manat ödəniş edəcək. Tikinti və ticarətdən başqa sahələr üzrə məşğul olanlar isə 62,50 manat yox, 37.50 manat ödəniş edəcək. Sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sığorta yükünün azaldılması də nəzərətdə tutulur. Məsələn, Bakıda fəaliyyət göstərən bərbər, vergi və sosial sığortaya aylıq 92.50 manat ödəniş edirdisə, artıq cəmi 45 manat ödəniş edəcək ki, bu da 47 % dən çox güzəşt deməkdir. Taksi fəaliyyət məşğul olanların isə aylıq sosial və vergi yükü 80,50 manat idisə, artıq 39 manat olacaq. Eyni zamanda, kənd təssərüfatında çalışanların sosial yükü də azaldılacaq. Bütün bu dəyişikliklər Milli Məclisdə təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!