Vergilər Nazirliyi ödənilən ƏDV-nin bir hissəsini geri qaytaracaq

saytların hazırlanması

Evə çatdırılma

Vergilər Nazirliyi ödənilən ƏDV-nin bir hissəsini geri qaytaracaq

İqtisadiyyat

27 Dekabr 2019 17:09 1355


Gələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılacaq. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəsmisi İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov məlumat verib. 

Bununla belə, onun sözlərinə görə, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: "İlk öncə qaydalar təsdiq edilməlidir”. Sezar pizza

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyinə öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: "Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!