““Diqlas” ticarət mərkəzində yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı verilən tapşırıq cənab Prezident İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib. Deputat bildirib ki, bu gün Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilir:
“Bu işlər sistemli və ardıcıl xarakter daşıyır. Amma bəzən fövqəladə halların baş verməsi nəticəsində yaranan problemlərin operativ həlli də daim Prezidentin diqqət mərkəzindədir. Bir müddət əvvəl Şamaxı, İsmayıllı və Ağsuda ondan öncə Zaqatala, Baləkəndə baş verən zəlzələ, yəni fövqəladə hallar zamanı da zərərçəkənlərin yanında ilk olaraq cənab Prezident İlham Əliyevi gördük. İndi də ticarət mərkəzində yanğın baş verib və xeyli sayda sahibkar ziyan çəkib. Yenə də Prezident öz vətəndaşının yanındadır. Vətəndaşa belə diqqət və qayğı belə yardım nümunəsi dünyanın heç bir yerində yoxdur. Bu addım həm böyük humanizm, həm vətəndaşların yanında olmaq, həm onların problemlərini həll etmək, həm də sahibkarlığa dəstək verməkdir”. Dominos pizza
Dilarə Cəbrayılova qeyd edib ki,ticarət mərkəzində çoxsaylı sahibkara məxsus mallar yanıb. “Əslində normal vəziyyətdə onlar öz əmlaklarını sığorta etdirməli belə bədbəxt hadisələr zamanında da sığorta şirkətləri onların zərərini qarşılamalıdır. Artıq vətəndaşa dəyən ziyana görə dövlət yardımının verilməsi ilə bağlı işlər həyata keçirilməyə başlayıb və müvafiq qurumlar bu işə məşğuldurlar”.
Deputat əlavə edib ki, sahibkarlar bir daha şahidi oldular ki, dövlət onların yanındadır, onların sərbəst, rahat, şəffaf və qanunun tələblərinə uyğun şəkildə fəaliyyətlərinə dəstəkdir. “Ölkə rəhbərliyinin bu yanaşması isə vətəndaşın dövlətə inamını artırır, xalq-iqtidar birliyini daha da möhkəmləndirir”.
Telegram kanalımız