Vətəndaşlar maaşlarını özləri seçdikləri istənilən bankdan ala biləcəklər - YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlar maaşlarını özləri seçdikləri istənilən bankdan ala biləcəklər - YENİLİK

İqtisadiyyat

25 Aprel 2025 08:19 462


"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O qeyd edib ki, 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb:

"Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. pizza hut

Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir", - deyə Ə.Həsənov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!