Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir - Fotolar

Kriminal

20 May 2025 23:34 383


Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilib ki, dələduzlar Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin adından müxtəlif nömrələr vasitəsilə elan platformalarında məhsul yerləşdirən vətəndaşlara saxta mesajlar göndərir və guya həmin məhsulu almaq istədiklərini bildirirlər. pizza mizza

Məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatlarını və digər şəxsi məlumatları daxil etmələri tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.

ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, istənilən qurumun adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.

Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!