“Instagram”da vətəndaşları şantaj edən haker tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Instagram”da vətəndaşları şantaj edən haker tutuldu

Kriminal

18 İyul 2024 18:23 967


DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları sosial şəbəkələrdə vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələyən hakeri saxlayıb.

Yenisabah.az xəbər verir ki, onun “Instagram”da vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Şübhəli həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib.

Bu, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılovdur. Dördpendirli pizza

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!