Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT

Kriminal

15 May 2025 08:25 798


Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb.

Hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib.

Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə, Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla zərbə endirib. Samir xəsarətlə xəstəxanaya aparılıb. pizza mizza

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəməyə qədərki dövrdə Cəmaləddin Samirə dəymiş ziyana görə təzminat ödəyib və barışıq əldə edib. Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq cinayət işinə xitam verib.//Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!