Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074” markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbinə Həsənovanı vurub. Toyuqlu pizza
Qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, Səbinə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşı olub. O, ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız