YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Viaqra içən kişilər yaşlandıqda bu xəstəliyi olmayacaq - Alimlər

Viaqra içən kişilər yaşlandıqda bu xəstəliyi olmayacaq - Alimlər

Sağlamlıq

01 İyul 2022 08:25 8590


Viaqra cinsi həvəs artırıcı preparat qəbul edən kişilərdə yaşlandıqda dəhşətli əqli gerilik – Altsheymer xəstəliyi olmayacaq.

Ereksiya üçün nəzərdə tutulan dərmanın gələcəkdə neyrodegenerasiya əleyhinə güclü vasitə olacağı istisna edilmir.

Klivlend klinikasının genom üzrə alimləri məlum dərmanlar içərisində Altsheymer xəstəliyinin müalicəsinə təsir edəcək effektiv vasitəni tapmaq üçün tədqiqat aparıb.

Neydegenerativ xəstəlik olan Altsheymerin kökündə 2 əsas proses dayanır: baş beyin toxumasında amiloid zülal topalarının yaranması və neyrofibrilyar yumağının əmələ gəlməsi.

Alim Feysun Çen və onun komandası belə nəticəyə gəlib ki, Altsheymerin yaranmasında bu zülallar hərəsi ayrılıqda yox, bir-biri ilə əlaqədə əmələ gəlir.

1600 dərmanı araşdıran Çen maksimal balı Viaqraya verib.

Daha sonra 7 milyon amerikalının tibbi məlumatlarını incələyib.

Məlum olub ki, müntəzəm olaraq Viaqra qəbul edən kişilərdə Altsheymer riski 69% azdır, nəinki heç qəbul etməyənlərdə.

Sildenafil – yəni Viaqra hətta ürək, təzyiq və şəkəri olan xəstələrdə də neyrodegenerativ pozulma riskini 2 dəfə azaldır.

Laborator analizlər göstərib ki, Sildenafil tay-zülallarınb bir-birinə birləşməsinin qarşısını alır, beyin hüceyrələrinin inkişafına səbəb olur.

Çen və onun komandası yaxın vaxtlarda real Alsgeymer xəstələrinin müalicəsində Viaqranın effektini sınayacaq. \\BakuPost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!