Videoya görə töhmət verilən müəllimdən   ETİRAZ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Videoya görə töhmət verilən müəllimdən ETİRAZ - VİDEO

Sosial

27 Yanvar 2022 21:57 2763


Təhsil Nazirliyinin töhmət verdiyi müəllim ona qarşı haqsızlığa yol verildiyini iddia edir.

Yenisabah.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən töhmət alan Nərgiz İsmayılova baş vermiş hadisənin təfərrüatını ''Xəzər Xəbər''ə danışıb.

Sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan videoda dərs keçən 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə əvvəlcədən məktəb rəhbərliyinə məlumat verilib. Dominos pizza

Təhsil Nazirliyi tərəfindən verilən töhmətə özünü layiq görməyən Nərgiz İsmayılova iddia edir ki, videoda qeyd olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.

25 ildən artıqdır  ki, coğrafiya fənnindən dərs dediyini qeyd edən Nərgiz İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını deyib.

O, verilən töhmətin ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrində olduğunu da bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!