Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi

Siyasət

30 Noyabr 2021 22:27 1133


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) direktoru, milis general-mayoru Rüstəm Mirəlizodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan nazir Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu ümummilli bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb. pizza

Görüşdə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın mexanizmləri, məlumat mübadiləsi qaydaları, razılaşdırılmış əməliyyat və əməliyyat-axtarış tədbirlərinin təşkili, həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Səmimi qəbula və aparılan səmərəli müzakirəyə görə minnətdarlığını bildirən Rüstəm Mirəlizoda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin ən fəal üzvlərindən olduğunu qeyd edərək son illər Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan kəsərli və barışmaz mübarizəni yüksək qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!