Vilyam Hacıyev ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Vilyam Hacıyev ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Kriminal

19 Dekabr 2022 12:00 1032


İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülüb. 

Yenisabah.az-ın xəbərinə görə, sabiq icra başçısının cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.

Qeyd edək ki, Vilyam Hacıyev xəstəliyi ilə əlaqədar məhkəmə istintaqı dövründə Pentensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb. Pepperoni pizza

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!