Koronavirusun yeni növü COVİD-19 dünyanın 65 ölkəsində qeydə alınıb.
Bu ölkələrdə koronavirusa yoluxanların sayı gün ərzində 6 nəfərə qədər artıb. Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
ÜST-ün məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların sayı 90 minə, ölənlərin sayı 3 minə çatıb. Koronavirusa yoluxub sonradan sağalanlar isə 44 min nəfərdir.
Koronavirusa yoluxanların sayına görə Çin ilk yerdədir. Hesabatda qeyd edilir ki, bu ölkədə 80 min nəfərdən artıq adam koronavirusa yoluxub. Daha sonra Cənubi Koreya (4.3 min nəfər), İtaliya (2 min nəfər) və İran (1.5 min nəfər) gəlir.
Rusiyada rəsmi olaraq 6 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb. Azərbaycanda isə rəsmi məlumatlara görə 3 nəfərdə koronavirus aşkarlanıb. Onlar da yerli vətəndaşlar deyil. Telegram kanalımız