Virusa görə 983 dustaq həbsdən azad olunub - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

Virusa görə 983 dustaq həbsdən azad olunub - Nazirlik

Sosial

29 İyul 2020 21:57 1408


İyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, kollegiyada bildirilib ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub:

"Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.250 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 6 aprel 2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!