Virus yayılır: Azərbaycanda vəziyyət necədir?

saytların hazırlanması

Evə çatdırılma

Virus yayılır: Azərbaycanda vəziyyət necədir?

Sağlamlıq

18 Noyabr 2024 09:25 1529


Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.

İnfeksionist Aytən Ziyadova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir. Toyuqlu pizza

Aytən Ziyadova qeyd edib ki, hazırda bu virusa ölkəmizdə rast gəlinməsə də, bütün ilkin tədbirlər görülüb və vəziyyət mütəxəssislər tərəfindən diqqətdə saxlanılır. Bununla yanaşı, meymunçiçəyi istisna hallarda öldürücü xarakter daşıya bilir.

İnfeksionistin sözlərinə görə, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı müşahidə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!