Vladimir Putin İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin İlham Əliyevə zəng etdi

Siyasət

24 Dekabr 2025 12:21 346


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

Rusiya Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Marqarita pizza

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!