Vladimir Putin Prezident Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin Prezident Əliyevə təşəkkür etdi

Siyasət

26 Noyabr 2021 16:16 1062


Bu gün Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib.

Yenisabah.az xəbər verir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən əvvəl baş tutan bu təmas zamanı pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin 11% artdığı qeyd olunub.

Rusiya prezidenti ölkədə rus dilini dəstəklədiyinə görə Azərbaycan lideri İlham Əliyevə təşəkkür edib. Toyuqlu pizza

“Rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə sizə təşəkkür etmək istəyirəm, 304 məktəb, hətta daha çox..."

Prezident Əliyev ilə görüşündə Putin Qarabağda sülhməyərlərin fəaliyyətini müsbət qiymətləndirib:

"Sülhməramlılar müsübət rol oynayir. Lakin təəssüf ki, bölgədə insidentlər baş verir".

Vladimir Putin bildirib ki, görüşdən əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu, FTX rəhbəri Aleksandr Bortnikov və baş nazirin müavinlərindən biri ilə danışıb.

"Mən indicə həmkarlarımla danışdım. Rusiya hökumətinin iqtisadi problemlərlə, nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması ilə bağlı məsələlərlə məşğul olan, yaxşı tanıdığınız Rusiya hökumətinin baş nazirinin müavini ilə də. Bundan başqa, nizamlanmaya mühüm töhfə verən, sərhəd xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidməti direktoru ilə söhbətləşdim", - deyə Putin qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!