Vüqar Məmmədova yeni vəkil tutuldu -   Bu gün apellyasiya şikayəti verəcək

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Məmmədova yeni vəkil tutuldu - Bu gün apellyasiya şikayəti verəcək

Hadisə

03 Noyabr 2025 11:45 589


“Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədova yeni vəkil tutulub.

Bu barədə “Yeni Sabah”a onun qardaşı Cəsur Məmmədov məlumat verib.

O bildirib ki, Vüqar Məmmədovun hüquqlarını vəkil Aqil Layıc qoruyacaq: “Biz vəkil Aqil Layıcla müqavilə bağlamışıq”. Dördpendirli pizza

C.Məmmədovun sözlərinə görə, vəkil bu gün “Hürriyyət”in baş redaktorunun həbsi ilə bağlı apelliyasiya şikayəti verəcək.

Qeyd edək ki, həbs qətimkan tədbiri seçilən məhkəmə prosesində V.Məmmədovun hüquqlarını dövlətin ayırdığı vəkil Leyla İsgəndərova qoruyub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oktyabrın 29-da “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin ofisində əməliyyat keçirib və Vüqar Məmmədovu saxlayıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib. Baş redaktora qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.

Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini nəzərdə tutur. 

Günahı sübuta yetirilərsə, V.Məmmədovu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!