Vüqar Qurbanovdan   ilk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Qurbanovdan ilk açıqlama

Sosial

16 Fevral 2026 17:28 459


“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib. 

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib. Marqarita pizza

Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!