Vüqar Qurbanovun işdən çıxarılma səbəbi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Qurbanovun işdən çıxarılma səbəbi bəlli oldu

Sosial

16 Fevral 2026 15:16 2015


Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov işdən çıxarılıb.

“Yeni Sabah” Unikal.az-a istinadən xəbər verir ki, V.Qurbanov TƏBİB-də aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib.

Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir. Marqarita pizza

Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara 2025-ci ilin sentyabr ayında başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!