“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, dünyaya həqiqətlərimizin olduğu kimi çatdırılması oldu. Ümummilli Lider müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında duran vəzifələri açıqlayarkən ilk olaraq ölkənin beynəlxalq aləmdə özünü təsdiqini və varlığının təqdimatını mühüm amil kimi qarşıya qoydu".
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də uğursuzluqlarının təməlinə ölkəmiz haqqında məlumatsızlıq dayanırdı: “Erməni yalanlarının ayaq tutub yeridiyi zamanlarda ölkəmizə qarşı qərəzli təbliğatlar geniş vüsət alır, Azərbaycan bütün dünyaya işğala məruz qalan deyil, işğalçı dövlət kimi təqdim edilirdi. Məhz bu yalan təbliğatın nəticəsi olaraq 1992-ci ildə ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin əlavə edilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu qərar o ölkələrə tətbiq olunurdu ki, onlar işğalçılq siyasəti həyata keçirir, digər dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirdilər. Ermənilərin və erməni diasporunun ölkəmizə qarşı belə bir ədalətsiz qərarın tətbiqinə nail olmaqda məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan bu qərarın tətbiqi şəraitində yaşadığı 10 ilə yaxın dövrdə iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə dayanıqlı inkişafı ilə dünyanın diqqətində oldu. 2001-ci il 11 sentyabr tarixində ABŞ-da baş verən terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici siyasətində dəyişikliklərə yol açıldı. Belə ki, ABŞ rəhbərliyi bu qərarın ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Həmin vaxtdan bu günədək qərarın dondurulması hər il yenidən təsdiqlənsə də onun birdəfəlik ləğvi hələ də həllini gözləyir.” Dördpendirli pizza
YAP Xətai rayon təşkilatının sədri Azərbaycan həqiqətlərinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərindən geniş bəhs edib. Bildirib ki, təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.
“Azərbaycan diasporunun gücü bu gün dünyada etiraf edilir. Son illərin hadisələrinə diqqət yetirsək açıq-aydın görərik ki, erməni yalanları ayaq tutsa da dövlətimizin qətiyyətli mövqeyi, düşünülmüş siyasəti, Azərbaycan diasporunun gücü, qüdrəti sayəsində yerimək imkanında deyil. Dünya ermənilərin əsl simasını gördü. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun misilsiz rəşadət payında möhkəm hüquqi bazanın rolu böyükdür. Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan diasporumuz həqiqətlərimizin təbliğinə böyük töhfələr verib. Belə ki, diaspor təşkilatlarımızın Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə onların dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamaları təqdirəlayiqdir. Tarixi Zəfərimiz dünyanın bütün ölkələrində yüksək səviyyədə qeyd olunaraq ədalətin zəfər çaldığı bir daha beynəlxalq ictimaiyyətə bəyan edildi”,-deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının V qurultayının torpaqlarımızın düşməndən təmizləndiyi dövrə təsadüf etməsini önə çəkərək bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti artıq hər birimizin qürur mənbəyi olan bu reallığı mümkün etdi. Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya bəyan edəcək, tarixi Zəfərimizin rəmzi olan dəmir yumruğun gücümüzün təqdimatı olduğunu bir daha nümayiş etdirəcəklər.
Hər bir tədbir mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə Azərbaycanla bağlı keçirilən hər bir tədbir, həmçinin ölkəmizin iştirak etdiyi beynəlxalq səviyyəli konfranslar qürurvericidir. Çünki bu tədbirlərə ölkəmiz, dövlət başçısı İlham Əliyev qalib dövlətin və qalib ölkənin qalib Prezidenti kimi qatılır. Dünya Azərbaycanlılarının V qurultayında Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə kimi çıxış edəcək cənab İlham Əliyev tarixi Zəfərimizdən böyük qürurla bəhs edəcək. Bu gün bir daha qeyd edirik ki, güclü, qüdrətli, eyni zamanda, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər birimizin qürur mənbəyidir”.
Telegram kanalımız