“Vurulan” məmurlar Əli İnsanovun tərəfinə keçə bilər – Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Vurulan” məmurlar Əli İnsanovun tərəfinə keçə bilər – Şərh

Siyasət

23 Mart 2019 02:11 1927


Keçmiş səhiyyə naziri Əli İnsanov hələ həbsxananın qapısından uzaqlaşmamış elan etdi ki, siyasətdə iştirak edəcək. Ermənistan doğumlu Əli İnsanov həbsdən əvvəl də, bu bölgədən olanların arasında nüfuzu ilə tanınırdı.

Keçmiş diplomat Arif Məmmədov deyir ki, bu nüfuz hələ də var və Əli İnsanovun azadlığa indi çıxması təsadüfi deyil, o, hakimiyyətdə zəifləməkdə olan və Ermənistandan qaçqın gəlmiş adamların liderinə çevrilə bilər:

“Əli İnsanovun azadlığa çıxması, düşünülmüş bir plan idi. Bu ssenarinin müəllifi qərbi azərbaycanlılar qruplaşmasıdır. Ola bilsin ki, İlham Əliyevə deyiblər ki, yaşlı adamdır, buraxaq onu. Amma hesab edirəm ki, İlham Əliyev üçün Əli İnsanov çox ciddi bir təhlükə faktorudur. Siz bilirsiz ki, qərbi azərbaycanlılar, naxçıvanlılar klanı kifayət qədər sıxışdırılır və Bakı- Şirvan qruplaşması iqtisadi cəhətdən kifayət qədər nüfuz qazanıb”. Dominos pizza

Arif Məmmədov keçmiş prezident Heydər Əliyev dövrünü xatırlayır, deyir ki, Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından olub, Heydər Əliyevə ən yaxın adamlardan biri kimi tanınırdı. Onun sözlərinə görə, Əli İnsanov qərbi azərbaycanlılar arasında elə nüfuzlu idi ki, bir çox siyasətçilər onu, hətta o özü də özünü Heydər Əliyevdən sonrakı prezident kimi təsəvvür edirdi.

Elə 14 il əvvəl həbs olunanda da, Əli İnsanovun rəsmi ittihamı hakimiyyəti zorla ələ keçirmək idi. 72 yaşlı keçmiş nazir həbsxanadan çıxar çıxmaz siyasətlə məşğul olacağı barədə bəyanat verdi: “Azərbaycan bu gün uçurumun dibindədir. Onu bu uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey Allahın əlindədir, məlum deyil, mənmi qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq”.

Siyasi şərhçi Rauf Mirqədirov da hesab edir ki, hazırda hakimiyyətdən xeyli narazı Ermənistan qaçqını azərbaycanlılar var və onların hamısı Əli İnsanov üçün potensial resursdur. Rauf Mirqədirov deyir ki, belələrinin sayı artır:

“Hesablayın görün hansı nazir hansı regionda vəzifəsindən çıxarılıb, işini itirib, bəzilərinin mülkiyyətinin bir hissəsini alıblar. Özü də təkcə söhbət onlardan getmir, hər bir oliqarxın ətrafında minlərlə, onların “çörəyini yeyən” insanlar var. Bu insanlar da öz gəlirlərini itiriblər. Onların mallarını mülklərini əllərindən alıblar. Onların bəzilərini yaxın vaxtlarda ola bilsin ki, həbslər gözləsin”.

Rauf Mirqədirov deyir ki, yeni həbslər ona görə baş verə bilər ki, ölkədə iqtisadi durum pisləşdikcə hakimiyyət günahkarlar axtara və öz adamlarını hədəfə ala bilər.

AzadlıqRadiosu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!