Vuvuzela çalan, aparıcıya söz atan və… -   Tanınmışlar “Qarabağ”ın oyununda

saytların hazırlanması

Evə çatdırılma

Vuvuzela çalan, aparıcıya söz atan və… - Tanınmışlar “Qarabağ”ın oyununda

İdman

20 Sentyabr 2019 12:51 1093


Dünən UEFA Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları keçirilib. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ" qrupup mərhələsinin ilk oyununda İspaniya nəhəngi “Sevilya”ya 0:3 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı məşhurlarımızdan da canlı izləyən olub.

“Yeni Sabah” xəbər verir ki, onlardan bir də aparıcı, aktrisa Kəmalə Priyevadır. Xanım azarkeş ona ünvanlanan “oyuna necə hazırlaşırsan?” sualına vuvuzela (Afrikanın milli musiqi aləti – Red.) ilə cavab verib. O həmin videonu “İnstagram” hesabından paylaşıb. Toyuqlu pizza

Tanınmış aktyor Ələkbər Əliyev isə stadionda azarkeşləri coşdurmaq  və komandaya dəstək olmaq üçün çalışan teleaparıcı Sənan Şəfizadənin “mikrafon”unu hədəfə alıb. O, mikrafonun tez-tez xarab olmasına söz atıb.

Aktyor Anar Heybətov da qarşılaşmanı tribunadan izləyənlər arasında olub. O, matça tamaşa edərkən çəkdirdiyi şəkli social şəbəkədə paylaşıb.

Əlavə edək ki, müğənni Xatirə İslam “Qarabağ”ın oyunlarına tez-tez getsə də, bu dəfə matçda görünməyib. 

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!