Vyanada Ankara-İrəvan danışıqları - Təklif var

saytların hazırlanması

Evə çatdırılma

Vyanada Ankara-İrəvan danışıqları - Təklif var

Rəsmi

18 İyul 2023 20:28 2184


Mən vəzifədaşıma chəmkarıma Vyananı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi üçün platforma kimi təklif etdiyinə görə minnətdarlığımı bildirirəm.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın Avropa və xarici işlər naziri Aleksandr Şellenberqlə birgə mətbuat konfransında deyib.

O əlavə edib: "Nümayəndələrimiz artıq bir neçə dəfə Vyanada görüşüb və nizamlanma məsələlərini müzakirə etmək imkanı əldə ediblər". Dominos pizza

Mirzoyan prosesin davam edəcəyinə ümid etdiyini bildirib.

“Türkiyədə keçirilən seçkilərə görə bu prosesdə müəyyən fasilə yarandı. İndi nizamlanma üzrə danışıqları davam etdirməyin vaxtıdır. Münasibətlərin yekun, hərtərəfli və tam nizamlanması, iki ölkə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində düzgün yolda olduğumuzu təmin etmək üçün tərəflərin artıq ata biləcəyi çoxlu addımlar var. Belə olan halda mən ilk növbədə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını nəzərdə tuturam. Daha bir neçə layihə müzakirə olunur”.

Nazir izah edib ki, hazırda danışıqların bərpası üçün razılaşdırılmış tarix yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!