“WhatsApp-ı telefonlarınızdan silin”: Yazışmalarınızın ələ keçirilməsini istəmirsinizsə...

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp-ı telefonlarınızdan silin”: Yazışmalarınızın ələ keçirilməsini istəmirsinizsə...

Dünya

21 Noyabr 2019 08:19 1702


“Telegram” messencerinin əsasını qoyan Pavel Durov mobil telefon istifadəçilərini öz telefonlarından “WhatsApp” messencerini silməyə çağırıb.

“Forbes”ə yazır ki, Durov belə bəyanatla WhatsApp proqramında növbəti dəfə “əlçatanlıq” aşkar edilməsindən sonra çıxış edib.

Pavel Durovun bildirdiyinə görə, əgər istifadəçilər fotoşəkillərinin və yazışmalarının başqalarının əlinə keçməsini istəmirsə o zaman telefonlarından WhatsApp-ı silməlidir. Çünki WhatsApp daim istifadəçilərin yazışmalarını, hərəkətlərini, fotoşəkillərini izləmək üçün “Troya atı” kimi istifadə edilir. Hətta istifadəçilər WhatsApp üzərindən yazışmasalar belə. pizza sifarişi

“Bu istifadəçilərin nəyinə lazımdır? Facebook hələ WhatsApp-ı almazdan əvvəl casus proqramlarında iştirak edib. Şirkətin sövdələşmədən sonra öz siyasətini dəyişdiyini düşünmək sadəlövhlük olardı”,-Durov deyib.

Durov WhatsApp-ın əsasını qoyan Brayan Ektonun ötən il “Forbes” jurnalının ABŞ redaksiyasına müsahibəsini də xatırladıb. Ekton deyib ki, Facebook öz istifadəçilərinin konfidensiallığını “böyük pullar əvəzində” satıb.

Qeyd edək ki, bu günlərdə Hindistanın kibertəhlükəsizliklə məşğul olan CERT-İn agentliyi WhatsApp proqramında istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə imkan verən əlçatanlıq aşkar edib. Məlum olub ki, hakerlər WhatsApp üzərindən istifadəçiyə MP4 formatda fayl göndərməklə onun telefonuna casus proqramını yükləyə bilər.

Bundan əvvəl də WhatsApp proqramının bir sıra ölkələrdə hüquq müdafiəçilərini və jurnalistləri təqib etmək üçün istifadə edildiyi müəyyən olunmuşdu. Bəlli olmuşdu ki, əgər istifadəçinin telefonunda WhatsApp varsa onun istənilən hərəkətini, yazışmalarını, telefon danışıqlarını izləmək mümkündür.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!