“WhatsApp” istifadəçilərinə pul ödəməyə BAŞLADI - YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp” istifadəçilərinə pul ödəməyə BAŞLADI - YENİLİK

Rəqəmsal

02 Noyabr 2021 12:56 7762


"WhatsApp Payment" funksiyasına yeni özəllik gəlib.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, hazırda Braziliya və Hindistanda istifadə edilən "WhatsApp Payment" yəni "WhatsApp Ödənişi" müştərilərinə geri ödəmələr edib.

Şirkət bu barədə rəsmi açıqlama verməsə də, bu funksiyadan yararlanan bir neçə şəxs geri ödəmə almaları ilə bağlı fotoşəkilləri sosial media hesablarında paylaşıblar. pizza mizza

"WhatsApp Payment" funksiyası nədir?

Hazırda qeyd etdiyimiz kimi, yalnız Braziliya və Hindistanda mövcud olan funksiya qarşı tərəfə ödəniş etməyə imkan verir. Bunun üçün mobil tətbiqdə qeydiyyatdan keçdikdən sonra bank kartınızı əlavə etməniz kifayət edir. Daha sonra isə ödəniş etmək istədiyiniz şəxsin hesabına daxil olub, ödəniş düyməsini sıxaraq pul göndərmək istədiyin bank kartını və məbləği təyin edirsiniz. 

Qeyd edək ki, ödəməni geri alacaq şəxsdə də bu funksiya aktiv olmalıdır.

Proqramın sınaq mərhələsindən keçib istifadəyə veriləcəyi isə hələ ki məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!