“WhatsApp” mesencerində istifadəçilərə qrup çatlarında zəngləri planlaşdırmaq imkanı təklif edən funksiya hazırlanır.
Yenisabah.az “WABetaInfo” portalına istinadla xəbər verir ki, yeni funksiya ilə zəngin adını, tarixini və vaxtını seçmək mümkün olacaq.
Bundan əlavə, onun iştirakçıları zəngin yaradılması və onun başlanması barədə bildirişlər alacaqlar. Dördpendirli pizza
Yenilik “Android” əməliyyat sistemində mesencerin beta versiyasında mövcud olacaq. Funksiyanın nə vaxt hər kəs üçün əlçatan olacağı barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, “WhatsApp” içərisinə “Facebook”, “Instagram”, “Messenger” və “Oculus”un daxil olduğu “Meta” korporasiyasına aid bir tətbiqdir.
Telegram kanalımız