“WhatsApp“da boşluq aradan qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp“da boşluq aradan qaldırıldı

Dünya

19 Noyabr 2019 23:02 991


"Facebook"un əməkdaşları "WhatsApp" xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə və onların məlumatlarını oğurlamasına imkan verən boşluğu aradan qaldırıblar.

"Yeni Sabah" "ICTnews"a istinadən xəbər verir ki, "CVE-2019-11931" adlı boşluqdan istifadə edən kibercinayətkarlar qurbanın cihazına casus proqramı və ya bekdor quraşdırmaq imkanına malik olublar.

Bunun üçün istifadəçiyə MP4 formatında xüsusi fayl göndərmək tələb olunurdu. Bu, buferin həddən artıq yüklənməsinə və nəticədə nasazlığa gətirib çıxarırdı. Dominos pizza

"Android", "iOS" və "Windows" sistemlərinin idarəetməsi altında işləyən qurğuların təhdid altında olduğu məlum olub. "WhatsApp" xidmətinin əməkdaşları bildiriblər ki, bu boşluq hakerlərin məqsədli hücumlarında istifadə edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!