WSJ: İran gəmiləri Hörmüz boğazında ABŞ tankerini saxlamaq istəyib

saytların hazırlanması

Evə çatdırılma

WSJ: İran gəmiləri Hörmüz boğazında ABŞ tankerini saxlamaq istəyib

Dünya

03 Fevral 2026 23:35 658


İranın altı hərbi gəmisi Omanın şimalındakı Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşaraq heyətə mühərriklərini söndürməyi və gəmi göyərtəsinə daxil olacaqları barədə əmr ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan "Vanguard Tech" şirkətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, kapitan bu tələblərə məhəl qoymayıb, gəmi sürətlənib və daha sonra Amerika gəmisinin mühafizəsi altına düşüb. pizza mizza

"Reuters" agentliyi ABŞ rəsmisinə istinadən bildirib ki, naməlum qayıqlar ABŞ bayrağı altında üzən "Stena Imperative" gəmisinə yaxınlaşıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!