“İsrail tüstü pərdəsi yaratmaq istəyir” – XİN

saytların hazırlanması

Evə çatdırılma

“İsrail tüstü pərdəsi yaratmaq istəyir” – XİN

Dünya

21 Fevral 2024 15:20 496


İsrailin prezident Lula da Silvanı antisemitizm təhrikində ittihamlaması dünya ictimaiyyətinin diqqətini yəhudi dövlətinin Qəzza zolağındakı hərəkətlərindən yayındırmaq üçündür.

Yenisabah.az xəbər verir ki, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib.

O qeyd edib ki, İsrail tərəfinin bəyanatları formaca qəbuledilməzdir və məzmunca əsaslandırılmır. Dördpendirli pizza

“İsrail tüstü pərdəsi yaratmaq istəyir. Prezident Lula da Silvaya bu cür müraciət anormal və həyasızlıqdır. Bu, İsrail diplomatiyası tarixində utanc verici bir səhifədir", - deyə Braziliya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, İsrail XİN da Silvanı persona non-qrata elan edib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!