Xaçmaz rayonunun Şollar kəndində evdə yanğın olub.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. pizza hut
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız