Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Beləki, rayon sakini 1965-ci il təvəllüdlü Ağabalayev Asif Əlövsət oğlu qonaq getdiyi evdə qəfildən halı pisləşərək vəfat edib. Dominos pizza
A.Ağabalayevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Ölümün dəqiq səbəbləri araşdırılır./Report
Telegram kanalımız