Xaçmazda bədbəxt hadisə: 12 yaşlı məktəbli yelləncəyin ipində boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda bədbəxt hadisə: 12 yaşlı məktəbli yelləncəyin ipində boğuldu

Hadisə

14 Aprel 2022 20:31 653


Xaçmaz rayonunda 12 yaşlı məktəblinin boğazına yelləncəyin ipi dolaşaraq uşağı boğub.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Niyazoba kənd sakini, 2010-cu il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb. Uşaq hadisə yerində ölüb. Toyuqlu pizza

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!