Xaçmazda karantin qaydalarını pozan sürücü məsuliyyətə cəlb olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda karantin qaydalarını pozan sürücü məsuliyyətə cəlb olundu - Fotolar

Rəsmi

16 Avqust 2020 16:59 880


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Təəsüflər olsun ki, hələ də qayda pozuntusuna yol verən şəxslər var.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, karantin qaydalarını pozaraq bu qanunsuz fəaliyyətlə məşğul olan Xaçmaz rayon sakini Asif Əskərov idarə etdiyi “Qazel” markalı mikroavtobusla sərnişin aparan zaman rayon ərasizində Xacmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sürücü ilə izahedici söhbətlər aparılıb və törətdiyi qayda pozuntusu barədə məlumat verilib. Sezar pizza

Karantin qaydalarını pozan A.Əskərov və mikroavtobusla olan 8 sərnişin barəsində qanunauyğun tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!