Xaçmazda 44 yaşlı kişi güllələnib öldürüldü -   Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda 44 yaşlı kişi güllələnib öldürüldü - Saxlanılan var

Hadisə

20 Oktyabr 2025 11:26 373


Oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Yeni Sabah"a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.  

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dominos pizza

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!