Xalq artisti koronavirusa yoluxduğunu niyə gizlədib?

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti koronavirusa yoluxduğunu niyə gizlədib?

Mədəniyyət

09 Fevral 2022 11:35 1673


Xalq artisti Nurəddin Mehdixanlı vaxtilə koronavirusa yoluxduğunu və bunu gizlətdiyini açıqlayıb. 

Bu barədə Yenisabah.az-a danışan aktyor yoluxduqdan sonra peyvənd vurdurduğunu deyib:

“Pandemiyanın ilk vaxtlarında mən də virusa yoluxmuşdum, lakin bunu ictimailəşdirmədim. Sakit, səssiz şəkildə məsələni yoluna qoyduq. Həmin ərəfədə ardıcıl olaraq müəyyən tədbirlərə qatılırdıq. Ona görə yoluxmuşdum. Ondan sonra gedib peyvənd vurdurdum. İndi digər dozaları da vurduracağam”.  pizza sifarişi

Sənətçi insanların toylarda qaydalara riayət etmədiyini, bəzən məsuliyyətsizlik etdiyini bildirib:

“İndi toylara da icazə var, buna görə ehtiyyatlı olmalıyıq, çalışmalıyıq ki, şad gündən sonra peşmançılıq yaşanmasın. İnsanlar kütləvi toplaşdıqları yerlərdə qaydaları unudurlar. Bu, təkcə bizim yox, bütün dünyanın problemidir. Əgər bir insan öz həyatının dəyərini bilmirsə, o ailəsinin də, dostlarının da, ətrafının da dəyərini bilməyəcək, onlara kədər, qəm və problem gətirəcək”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Yoluxmusdum sakitcə mesələni yolunu qoyduq nedi? Məsələ ne idi?neyi yoluna qoyduq?necə hansı yolla qoyduz? Xestelenmisdim və özümü qorudum izolyasiya etdim və bununlada saqaldim deməkldense sakitcə yoluna qoyduq ))))))
    4 years ago