Xalq artisti məsuliyyətə cəlb olundu - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti məsuliyyətə cəlb olundu - RƏSMİ

Kriminal

23 İyul 2024 19:42 2777


Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. pizza sifarişi

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!