Xalq artisti Opera Teatrına direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Opera Teatrına direktor təyin olundu

Mədəniyyət

07 Aprel 2023 12:39 1961


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verilib.

Teatrın direktor vəzifəsinə Yusif Eyvazov təyin olunub. Sezar pizza

Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.

Y. Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!