Xalq artisti qəbirüstü abidəsi bu səbəbdən qoyulmur - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti qəbirüstü abidəsi bu səbəbdən qoyulmur - Foto

Mədəniyyət

11 May 2023 18:42 3413


Ötən il fevralın 25-də vəfat edən muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən sənətkarın qızı Rəqsanə Məmmədli qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmadığını bildirib:

"Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”. Dominos pizza

R.Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu da əlavə edib: "Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar. Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov ölkə mədəniyyətinə xidmətlərinə görə, "Şöhrət”, "İstiqlal” və "Şərəf” ordenlərinə layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!