Xalq artisti şəhid oğlundan danışdı:   “9-cu sinifdə oxuyanda...“

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti şəhid oğlundan danışdı: “9-cu sinifdə oxuyanda...“

Mədəniyyət

07 Yanvar 2021 12:43 1264


"Qarabağ hadisələri baş verəndə 9-cu sinifdə oxuyurdu. Sinif uşaqları ilə birlikdə deyib ki, müharibəyə gedirəm. Direktor xəbər tutub, mənə dedi. Ağdama posta zəng etdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisi aldadıb ki, texnikumda oxuyuruq, Rövşən isə deyib xalamgilə gedirəm. Onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra onu gətirib məktəbə təhvil veriblər. Rövşən başqa uşaq idi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri oğlu Şuşada şəhid olan Xalq artisti Əli Nur deyib. ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramının qonağı olan aktyor oğlu Rövşən Nuruzadənin uşaq yaşlarından müharibəyə getmək arzusu olduğunu deyib:

“İkinci Qarabağ müharibəsi başlayanda özündə olmadı.Qonşular dedi ki, Rövşən müharibəyə gedəcək. Düşündüm ki, yaşı uyğun gəlmir. Səhər gəldi görüşdü ki, gedirəm. Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidən zəng etmişdi. Ayın 2-də zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Bu onun sonuncu zəngi idi". Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!