Xalq artistindən ağır sözlər: “Bunu qanmırlarsa, gedib ikinci təhsil alsınlar”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən ağır sözlər: “Bunu qanmırlarsa, gedib ikinci təhsil alsınlar”

Mədəniyyət

14 İyul 2022 14:43 53884


Millət vəkili Etibar Əliyevin "Xəzər TV"də yayımlanan “Komedixana” yumoristik verilişini tənqid etməsi geniş müzakirələrə səbəb oldu.

Layihədə rol alan aktyor və aktrisalar isə öz növbəsində deputata sərt cavab verərək onun fikirləri ilə razılaşmadıqlarını qeyd ediblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Ramiz Məlik həmkarlarının tənqidə dözümlü olmadığını bildirib: Marqarita pizza

“Hər bir insanın tənqidi fikri ola bilər. İnsan istənilən sənətə fikir bildirə, bəyənmədiklərini tənqid edə bilər. Layihədə iştirak edən aktyorlar tənqidə normal yanaşsınlar, səbirli olsunlar. “Komedixana” nə deməkdir? Orada iştirak edən aktyor, aktrisalar ali təhsilli ola bilərlər, nə olsun? Milyonlarla ali təhsilli aktyor var, məsələ budur ki, insanlar baxır ki, onun yaratdığı, ortaya qoyduğu sənət var ya yox...”

Aktyor bildirib ki, tənqid sənətin inkişafına kömək olur:

“Deputat da öz fikrinmi deyib, nə olsun? Bunlar nə düşüblər ortaya, hərəsi bir tərəfdən ona cavab verir. Nolub məgər, tənqidə bir az dözümlü olun. Tənqid olmasa, sənət olmaz. Bunu qanmırlar?! Qanmırlarsa, getsinlər bir az da oxusunlar, ikinci ali təhsili alsınlar! Deputat düz deyir”.

Xatırladaq ki, E.Əliyev "Facebook" səhifəsində "Komedixana" verilişini və orada çıxış edən aktyorları sərt ifadələrlə tənqid etmişdi:

“Təsadüfən “Xəzər TV"-nin “Komedixana” kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər.

Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz, onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər”, - deyə deputat yazmışdı.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!